Türkiyədə rəsmi səfərdə olan Avstraliyanın baş naziri Culiya Qillard türkiyəli həmkarına futbol topu hədiyyə edib.
Bir müddət Türkiyədə oynayan Harri Kyuelin imzasını daşıyan topu Ərdoğana verən qonaq baş nazir Qillard, “Bildiyimə görə futbolu çox sevirsiniz” – deyib. Hədiyyəni əlində saxlayaraq Culiya Qillardla birlikdə mətbuata poz verən Rəcəb Tayyib Ərdoğan daha sonra topu havaya ataraq kəllə vurub. Ərdoğanın alqışlarla qarşılanan bu hərəkəti eyni zamanda gülüşmələrə səbəb olub (qafqazinfo).