Misirdə prezidentliyə namizədlər bəlli oldu

Misirin Seçki Komisiyası Hüsni Mübarəkin devrilməsindən sonra keçiriləcək ilk prezident seçkisinin namizədlər siyahısını açıqlayıb. Siyahıda 13 nəfər var. Namizəd kimi imza yığanların sayı 23 nəfər olsa da, onların 10-a veto qoyulub.

Siyahıda keçmiş baş nazir Əhməd Şefik də var. Ancaq çərşənbə axşamı onun namizədliyi rədd edilmişdi. Şefikin namizədliyi parlamentin Hüsni Mübarək dövründə vəzifə tutmuş şəxslərə qoyulmuş qadağa ilə qeydə alınmamışdı. Seçki Komisiyası Əhməd Şefikin apelyasiya şikayətini nəzərə alaraq, onun namizədliyini bərpa edib.

Siyahıda əsas namizədlər bunlardır: “Müsəlman qardaşlar”ın namizədi Məhəmməd Morsi, Ərəb Birliyinin sabiq Baş Katibi Əmr Musa, “Müsəlman qardaşlar”dan müstəqil namizəd kimi ayrılmış Əbdül Müneym Əbül Fotu.

Prezident seçkisinə qatılmaq yarışında namizədlikləri qeydə alınmayan şəxslər arasında 17 il Mübarəkin Təhlükəszilik Xidmətinin sədri olan Ömər Süleyman, “Müsəlman qardaşlar”ın ilk namizdəi Hayrat əl-Şatr, sələfilərdən Əbu İsmayıl da var. Seçkilərin ilk turu 23-24 mayda keçiriləcək.

azadliq.info