İki şou-biznes əhlinin “dəlixana” söhbəti

Samir Əliyev: “Elza Seyidcahan dəlixanda konsert versə, daha uğurlu alınar”

Elza Seyidcahan: “Onun kimisinin heç dəlixanada da yeri yoxdur”

Stilist Samir Əliyev ilə Elza Seyidcahan arasında qalmaqal yaranıb. Buna səbəb isə stilist Samirin Lent.az-a ayın ən zövqüsüz və ən zövqülü müğənniləri haqqında danışarkən, əməkdar artistə verdiyi tövsiyəsi olub. Samirin “Elza Seyidcahan dəlixanda konsert versə, daha uğurlu alınar” deməsi müğənnini bərk qəzəbləndirib.

Elza Seyidcahan Lent.az-a açıqlamasında Samir Əliyevin onun barəsində dediklərinə cavab verib: “Samirin hansı məxluqa aid olduğu belə bəlli deyil. Onun geyindiklərindən bilmək olmur o, qadındır, yoxsa kişi? Samir bilsin ki, mənim dəlixanada yerim var. Onun kimisinin heç orada da yeri yoxdur. Təbii haldır ki, o, Seyidcahanın kölgəsində reklam olunur”.