Hakimiyyət deputatları da hərəkət gətirdi

milli-meclisAdministrasiyadan parlament üzvlərinə həyəcanlı tapışırıq

Azərbaycan hökuməti ölkədə sosial partlayışın ola biləcəyindən narahat olaraq bütün səylərini bunun qarşısını almağa səfərbər edib.
Ötən saylarımızda məlumat vermişdik ki, Ilham Əliyev icra başçıları ilə məxfi toplantı keçirərək onlara vəziyyətin gərgin olduğunu bildirib. Ölkə başçısı icra başçılarına tapşırıb ki, əhalinin qəzəbini yumşaltmaq üçün onlarla mütəmadi görüşlər keçirməyə ehtiyac var. Ilham Əliyev icra başçılarına deyib ki, onlar kəndlərə gedib vətəndaşların problemləri ilə maraqlanmalarını və bununla da hökumət barədə müsbət rəy yaratmağa çalışmalıdırlar.
Dünən əldə etdiyimiz məlumatlara görə, bu prosesə deputatlar da cəlb olunublar. Prezident Administrasiyasından deputatlara göstəriş gəlib ki, vaxtaşırı seçiciləri ilə görüşlər keçirsinlər. Onların xırda problemlərini həll etsinlər və s.
Yeri gəlmişkən, məlumat vermişdik ki, hakimiyyət belə bir vəziyyətdə beynəlxalq aləmin Azərbaycanı xüsusi diqqətdə saxlamasından da ciddi narahatdır. Xüsisilə,  xarici mətbuatda ardıcıl olaraq hakimiyyət barədə ifşaedici materialların dərc edilməsi iqtidarda təşviş yaradıb. Bu baxımdan da həmin materialların qarşısının alınması üçün bütün güclər səfərbər edilib.

İnformasiya şöbəsi