Aprelin 27-də Penitensiar Xidmətin Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında ölüm hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, səhər saatlarında təcridxanada saxlanılan məhbuslardan birinin meyiti tapılıb. Dərhal aidiyatı üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib. Təcridxanaya polis və prokurorluq işçiləri gedib.
Penitensiar Xidmətdən bu cür hadisələrə şərh verilmədiyi bildirilib. Təcridxanadan da ölən məhbusun adını deməkdən imtina ediblər.


