ABŞ və Yaponiya arasında əldə olunan razılığa görə, Amerika Okinava adasından 9 min əsgərini çıxarır. 10 min dəniz piyadası isə adada qalmağa davam edəcək. Müqavilə Yaponiya baş naziri Yoşihiko Nodanın Vaşinqtondakı səfəri zamanı imzalanıb. Okinava adasında çıxarılan əsgərlər ABŞ-ın Quam, Havai və Sakit okeanda yerləşən digər hərbi bazalarda yerləşdiriləcək. Okinavada yerləşən mübahisəli Futenma hərbi aerodromu ilə bağlı razılıq əldə olunmayıb.
Hal-hazırda ABŞ-ın Yaponiyada 50 minlik hərbi kontingenti var.
azadliq.info