Sumqayıtda kütləvi zəhərlənmə baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, hadisə ötən gün Poladkonstruksiya Quraşdırma ASC-nin ərazisində, Türkiyə vətəndaşı Çengiz Tisin icarə əsasında işlətdiyi kağız emalı sexində qeydə alınıb.
Çengiz Tisin özü və orada fəhlə işləyən Xaçmaz rayon sakini Kamran Məlikməmmədov, Sumqayıt şəhər sakinləri Yalçın Hüseynov, Mais Həmzəyev, Rəvan Səlimov, onun qardaşı, Rahid, Bəylər Qocamanov, Bəxtiyar Əsgərov, Vüqar Salmanov və Mirmehdi Fəttayev kimyəvi maddədən zəhərləniblər.
Xəstəxanaya aparılarkən K.Məlikməmmədov yolda ölüb, Ç.Tisin, Y.Hüseynovun və M.Həmzəyevin vəziyyətləri ağır, M.Fəttayevin vəziyyəti orta-ağır, digərləri isə tibbi yardım göstərildikdən sonra buraxılıb.