Şimali Koreyanın yalanı üzə çıxdı

Pxenyan rejimi dünyanı saxta raketlərlə təhdid edirmiş

Kommunist rejimlə idarə olunan, planetin ən qapalı ölkəsi Şimali Koreyanın dünyaya təhdid kimi təqdim etdiyi raketlərin əslində işlək vəziyyətdə olmadığı müəyyənləşib. Pxenyan rejiminin böyük qürurla təqdim etdiyi raketlər haqqında ciddi şübhələr meydana gəlib. Şimali Koreya ordusu aprelin 15-də keçirdiyi hərbi parad zamanı sahib olduğu təhlükəli silahları sərgiləmişdi. Alman mütəxəssislər görünüşlər üzərindən apardıqları araşdırmalar nəticəsində həmin raketlərin saxta olduğu qənaətinə gəlib.

Almaniyalı silah və raket mütəxəssisləri “Armscontrolwonk.com” adlı saytda fotoşəkillərə bağlı açıqlamalarında “həmin raketlərin saxta olduğunda dair heç bir şübhə qalmadı” deyiblər. Markus Şiller və Robert Şmukerin sözlərinə görə, Pxenyan rejiminin sərgilədiyi raket və hərbi texnikanın çoxu ümumiyyətlə heç nəyə yaramır. Bununla yanaşı Şimali Koreya ordusunun eyni tipli raketlər kimi təqdim etdiyi texnikaların əslində bir-birindən tamamilə fərqləndiyi müəyyənləşib.

azadliq.info