Texnika Bankın səhmdarlarının gözlənilməz toplantısı keçirilib. Bu barədə publika.az saytı məlumat yayıb. Məlumata görə, dünən keçirilən ümumi yığıncaqda ləğvetmə komissiyasının yaradılması və səhm paketinin “Kapital Bank”a satılması qərara alınıb.
Son zamanlar Texnika Bank ətrafında söz-söhbətlər gedir. Bankın müşahidə Şurasının sədrinin həbs olunduğu bildirilir. Bundan başqa, Texnika Bankın Yasamal filialının müdir müavini Elnur Seyidov da həbs olunub.
Onu da qeyd edək ki, “Kapital Bank” hakim ailəyə məxsusdur.