ulduz fali

Günün ulduz falı (26.04.12)

QOÇ
Gün sakit keçəcək. Şübhəli görünən istənilən işdən uzaq durun. Daxili səsiniz sizi aldada bilər. Bu üzdən də mövzuya  sağlam düşüncə ilə yanaşsanız faydasını görərsiniz. Günün emosional mənzərəsi stabil olacaq. Müvəqqəti çətinliyə baxmayaraq əhvalınızı qoruyub saxlayacaqsınız.
BUĞA
Çox çətin gündür. Günün əsas hissəsini mənasız yerə itirəcəksiniz. Bu günə uğurlu alış-veriş gözlənilmir. Ehtimal ki, maliyyə itkisi olacaq. Səfəriniz yaxşı keçəcək, amma nəticə gözlədiklərinizi verməyəcək. Ətrafdakılarla dil tapmaq çətin olacaq. Yeni tanışlara gəlincə isə, siz onlar barədə layiq olduqlarından da artıq yaxşı fikirdəsiniz.
ƏKIZLƏR
Həftənin sonuncu məhsuldar günüdür. Əgər hansısa işlərinizi tamamlamaq istəyirsinizsə, onda bu gündən səmərəli istifadə edin. Ulduzlar bunun sonradan daha çətin olacağını deyirlər. Gəlirli sövdələşmə imzalayacağınız və ya gəlirinizin olacağı ehtimal edilir. Şərait dəyişkənliyi üçün sərfəli vaxtdır.
XƏRÇƏNG
Köhnə problemlər günün başlanğıcında özünü göstərrəcək. Siz  onları tez həll edəcəksiniz. Bu gün böyük məbləğli alış-veriş edə bilərsiniz.  Günün ikinci yarısında pozitiv tendensiyalar özünü biruzə verəcək. Bir çox sferada yaxşılığa doğru dəyişiklik baş verəcək.
ŞIR
Uğurlu gündür və bundan faaydalanmaq lazımdır. Çünki bundan sonrakı günlər elə də ürək açan olmayacaq. Köhnə müttəfiqlərinizdən maraqlı təklif alacaqsınız. Ulduzlar təklifə ?hə? cavabı verməyi məsləhət görürlər.
QIZ
Hisslərinizə azadlıq verməyin. Onları nə qədər nəzarətdə saxlasanız faydasını görərsiniz. Işgüzar partnyorlarla aranızda fikir ayrılığı baş verəcək. Gözlənilməz qaynaqdan gəlir əldə edəcəyiniz təxmin edilir. Alış-veriş üçün də münasib gündür.
TƏRƏZI
Çox uğurlu gündür. Çoxdankı planlarınızı reallaşdırmaq üçün əlinzə fürsət düşüb. Gəlirinizin artacağı gözlənilir. Ehtimal ki, çoxdan  həllini gözləyən ailə məsələlərinə də aydınlıq gətirəcəksiniz. Yeni əlaqələr qurmaq üçün əlverişli gündür.
ƏQRƏB
Uğursuz gündür. Ehtimal ki, rəhbərliklə aranızda mübahisələr olacaq. Bu səbəbdən də bu gün nə qədər az diqqət mərkəzində olsanız bir o qədər yaxşı olar. Zəhmətinizin diqqətdən kənarda qalmasına təəssüflənnməyin. Çünki onun layiqli mükafatını sonradan alacaqsınız.
OXATAN
Ehtiyatlı olun. Bu elə bir gündür ki, bu gün  buraxdığınız səhvlərin acı nəticəsini sabah görəcəksiniz.  Gün yeni tanışlıq üçün münasib hesab edilir. Bu gün əhatənizdə olanlarla yaxşı dil tapırsınız, hamının ilk baxışdan nə demək istədiyini müəyyənləşdirirsiniz. Günün ikinci yarısına gözlənilməz dəvət və ya hansısa təklif ala bilərsiniz.
OĞLAQ
Işgüzar danışıqlar, sövdələşmələr baxımından əlverişli gündür. Bu gün professional fəaliyyətə çox ciddi və məsuliyyətli yanaşacaqsınız. Çoxdan görmədiyiniz adamla görüş, əlaqələrin bərpası üçün də əlverişli gündür.
DOLÇA
Bürcün bir çox nümayəndələri onları narahat edən suallara cavab tapacaqlar. Ehtimal ki, gəliriniz olacaq. Bürcün bizneslə məşğul olan nümayəndələrinin fəaliyyət dairələrini genişləndirmək şansı olacaq. Şəxsi müstəvidə də vəziyyətin yaxşı olacağı gözənilir.
BALIQLAR
Gün qeyri-adi qələbələr vəd etmir. Buna baxmayaraq bütünlükdə gün yaxşı keçəcək. Səfərlərin vaxtınızı çox aparacağını nəzərə alın. Bürcün bir sıra nümayəndələri üçün gün şəxsi müstəvidə baş verəcək dəyişikliklə bağlıdır. Təəssüf ki, dəyişikliyi yaxşı istiqamətdə dəyərləndirmək olmayacaq.