Ali Məhkəmə Pakistanın baş nazirini cəzalandırdı

Yusif Rza Gilani məhkəmə qərarlarına itaətsizlikdə günahkar bilindi

Pakistanda Ali Məhkəmə ölkənin baş naziri Yusif Rza Gilanini “məhkəmə qərarlarına itaətsizlik” maddəsiylə günahkar bilib. Üç ay əvvəl açılan iş iddia tərəfi və müdafiə tərəfinin mövqelərini bildirməsiylə ötən gün başa çatıb.
Gilani prezident Asif Əli Zərdarinin vəzifəsindən sui-istifadə iddialarının yenidən gündəmə gəlməsinin nəzərdə tutan məhkəmə qərarlarına itaətsizlik etmədiyini bildirib.

Gilani Pakistan prezidenti Asif Əli Zərdariyə qarşı korrupsiya ittihamı ilə əlaqədar cinayət işinin açılmasına mane olmaqda və məhkəmənin bu barədə qərarına hörmətsizlik etməkdə ittiham edilərək, şərti cəza alıb. Hökm simvolik xarakter daşısa da hökm nazirlər kabinetinin mövqeyinə təsir göstərəcək.

Xatırladaq ki, Pakistan prezidenti Asif Əli Zərdari İsveçrə banklarındakı hesablardan istifadə edərək, çirkli pulları yumaqda ittiham olunur. Gilani isə iddia edir ki, korrupsiya ittihamlarını rədd edən Asif Əli Zərdarinin bir dövlət başçısı kimi toxunulmazlığı var. Gilani bundan əvvəlki məhkəmə iclaslarında 2 dəfə iştirak etmiş və günahkar bilinərsə, istefaya gedəcəyini bildirmişdi.

azadliq.info