Təzyiqə inad “Ərdoğan sevgisi”

Şərqi Qüdsdə yaşayan fələstinli Azzam Maraka İsrail bələdiyyəsinin cərimələrinə baxmayaraq, dükanında Ərdoğanın transparantını asmağa davam edir. O, təzyiqləri saymayaraq, Türkiyə bayrağını və  Ərdoğanın şəklini dükanından çıxarmır. Keçən ay  bələdiyyə tərəfindən 45000 şekel (9500 manat) cərimələnib. Ancaq davamlı cərimələrə və iş yerinin bağlanması təhdidlərinə baxmayaraq, türk bayrağını asmaqda davam edəcək. Dükanı Şərqi Qüdsün mərkəzində yerləşən Maraka Ərdoğan sevgisinin Davos sammitindən sonra başladığını deyib.

Marakka: “Peresə dediklərindən şoka düşmüşdüm. Gözlərim doldu. Ərdoğan zalı tərk edərkən, o zaman Misirin Xarici İşlər naziri işləyən Əmr Musa hələ də orada oturmuşdu. Səhərisi gün bələdiyyəyə gedib dükanımın adını dəyişdirmək üçün ərizə verdim, Bütün sənədləri dəyişdirərək, dükanın adını Əbu əl-İz Ərdoğan qoydum”.

Bu dəyişiklikdən sonra Marakaya təzyiqlər başlayıb. Əvvəlcə mülki geyimli polis gəlib onu bölməyə aparıb, sorğu-suala çəkib. Sonra dükanına basqın ediblər və bütün fotoları söküblər. Amma o, yenidən asıb. Məhkəməyə verilib. 3 dəfə hakim qarşısına çıxarılmasına baxmayaraq, məhkəmə hələ də davam edir. Maraka: “Ərdoğan terrorist deyil, mən nə Üsamə Ben Ladenin, nə Nəsrallahın, nə də Əhməd Necatın fotosunu asmışam. Tək istəyim Yaxın Şərqin lideri Rəcəb Tayyip Ərdoğanın rəsmini dükanımdan asmağımdır”.
İsrail polisi dükanına 20 nəfərlə basqın etsə də, o buna əhəmiyyət vermir.  Üstəlik, yaxın vaxtlarda “Ərdoğan” adlı yeni türk restoranı açmağı düşünür.

azadlıq.info