İsrail generalı: “İran atom silahına qərar verməyib”

İsrail ordusunun Baş Qərargah rəisi general Benni Qans hesab edir ki, İran nüvə silahı əldə etmək qərarı verə bilməyəcək. İsrailin “Haaretz” qəzetinə müsahibə verən general Qans düşünür ki, İran dini lideri Ayətullah Xameyni hələ nüvə silahı əldə etmək  qəti qərar verməyib. Yaxın vaxtlarda dünya ictimaiyyəti İranı öz nüvə proqramına sülh məqsədləri ilə istifadə etməyə inandıra biləcək.

General deyib ki, İranın nüvə obyektləri bombardımanlar qarşısında acizdir. Belə ki, obyektlər kifayət qədər dərinliyə və bombalardan müdafiəyə malik deyil.

azadliq.info