“Real” “Bavariya”ya qarşı

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti cavab oyunu keçiriləcək. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha bir qarşılaşma baş tutacaq.

Madridin “Real” klubu öz meydanında “Bavariya”nı qəbul edəcək. Səfərdə rəqibinə 1:2 hesabı ilə uduzan “Real” doğma meydanda həmin məğlubiyyətin əvəzini çıxamağa çalışacaq.

Qeyd edək ki, dünən baş tutan ilk yarımfinal matçında “Çelsi” səfərdə “Barselona” ilə 2:2-lik bərabərə qalaraq adını finala yazdırıb. Londonda baş tutan ilk görüşdə “Çelsi” “Barselona”nı 1:0 hesabı ilə üstələdiyindən finala vəsiqə qazanan tərəf məhz ingilis təmsilçisi olub.

17 aprel

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları

“Real” (Madrid, İspaniya) – “Bavariya” (Almaniya) (ilk oyun – 1:2)