QOÇ
Mübahisəli məsələlərdən kənar gəzməniz yaxşı olar. Düşünülməmiş addım sizi düşmənlərinizin hazırladığı uçruma yuvarladacaq. Həyatınızın birdən-birə yaxşılıağa doğru inkişaf edəcəyinə ümid etməyin. Bu işlər zaman və səy tələb edir.
BUĞA
Situasiya üəyinizcə olmayacaq. Yanlış addım atdığınız və onun acısını indi çəkəcəyiniz bildirilir. Situasiya elə də ümidsiz olmasa da ondan çıxış yolu tapmaq da asan olmayacaq. Maliyyə itkisi də gözlənilir. Gün mübahisə, münaqişə zəminində baş verən hadisələrlə zəngin olacaq.
ƏKIZLƏR
Yaranmış şəraitdən səmərəli istifadə edin. Bu gün işgüzar problemləri həll edə bilərsiniz. Əgər bu gün işgüzarlıq nümayiş etdirməsəniz rəqibləriniz situasiyanı ələ alacaq. Ehtimal ki, qiymətli hədiyyə alacaqsınız, yaxud da böyük məbləğdə gəliriniz olacaq.
XƏRÇƏNG
Gün məhsuldar olmayacaq, ancaq əvvəlki 2 gündən daha yaxşı olacaq. Işdəki anlaşılmazlıqlara son qoyacaqsınız, qaranlıq məsələlərə aydınlıq gətirəcəksiniz. Sizi maraqlandıran suallara cavab tapacaqsınız. Gün dostlarla görüş üçün yararlıdır.
ŞIR
Məhsuldar gündür. Uğur sizin tərəfinizdədir. Bir balaca səy göstərsəniz və iradəli olsanız istədiyinizə çatarsınız. Böyük məbləğli alış-veriş üçün münasib gündür. Digər tərəfdən işgüzar sözdələşmələr baxımından da gün əlverişlidir.
QIZ
Bu gün əvvəlki 2 gündən uğurlu olmayacaq. Işgüzar fəallığınız aşağı səviyyədə olacaq. Bu durumda köhnə dostlara arxalana bilərsiniz. Yeni əlaqələr isə ehtiyatlılıq tələb edir. Yaxınlarla aranızda mübahisələrin yaşanacağı da gözlənilir.
TƏRƏZI
Ulduzlar mövqelərini dəyişməklə çətin günlər geridə qalır. Xoş və rahat günlər sizi gözləyir. Bir sözlə, bu gün bir çox istiqamətlərdə bəxtiniz gətirəcək. Günün maliyyə mənzərəsi də yaxşı olacaq. Ehtimal ki, planlaşdırmadığınız səfərə çıxacaqsınız.
ƏQRƏB
Diqqətli olun. Gün çətin, gərgin keçəcək. Bu üzdən də ehtiyatı əldən vermək olmaz. Xüsusilə də mötəbər şəxslərlə təmasda olarkən hər hərəkətinizə ölçü qoymağınız məsləhətdir. Maliyyə itkisinin olacağı da gözlənilir. Bürcün nümayəndələri bu gün şıltaqlıq nümayiş etdirəcəklər.
OXATAN
Işlərin öhdəsindən yaxşı gələcəksiniz. Əlinizə götürdüyünüz məsələləri effektli və tez bir zamanda sona çatdıracaqsınız. Məhsuldar əməkdaşlıq da gözlənilir. Ancaq şəxsi müstəvidə işlər elə də qaydasında olmayacaq. Bu sferada vacib məsələlərin həllini bugünlük kənara qoyun.
OĞLAQ
Pozitiv tendensiyalar azaldığından həllini gözləyən tapşırıqların öhdəsindən gələ bilməyəcəksiniz. Təəssüf ki, baş vermiş olaylara yerindəcə düzgün reaksiya vermək həmişə alınmır. Bu istiqamətdə müdrik adamın məsləhətinə ehtiyacınız var.
DOLÇA
Çox məhsuldar gündür. Planlarınızı reallaşdırmaq üçün pozitiv tendensiyalardan istifadə edin. Ehtimal ki, işgüzar mövzuda maraqlı təkliflər alacaqsınız. Təklif köhnə kolleqalarınızdan gələ bilər. Bu gün istənilən yaradıcı işlə məşğul ola bilərsiniz.
BALIQLAR
Dərin təcrübə tələb edən ciddi işlə məşğul olmayın. Bu gün tanış olduğunuz qadın cinsinin nümayəndələrində ilk baxışdan özünüzə qarşı maraq oyadacaqsınız. Elə köhnə tanışlar da sizinlə bağlı fikirlərini yaxşılığa doğru dəyişəcəklər. Bundan istifadə edərək qırılmış əlaqələri bərpa edə bilərsiniz.

Günün ulduz falı (25.04.12)
•