Ermənistanda mənzil fırıldağının qurbanları və inşaatçılar etiraza qalxıb
Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahı qarşısında aclıq aksiyası keçirilir. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, aksiyanı mənzillərinin dəfələrlə satılmasından əziyyət çəkən insanlar təşkil ediblər. Onlar bu gündən başlayaraq müddətsiz piket və aclıq etmək haqqında qərar qəbul ediblər. Aldanmış sakinlər bildiriblər ki, mübarizələrini davam etdirəcəklər, Serj Sarkisyanın ölkədəki hərəkətlərini izləyəcək və hər yerdə onun gözünün qarşısında olacaqlar.
Mənzilləri başqa adamlara satılan ermənilər “Reketə son”, “Cənab prezident, kimə inanaq? nəyə inanaq? nə üçün inanaq?”,”Ovik get” kimi plakatalar qaldırıblar. Aksiya iştirakçılarına inşaat işçiləri də qoşulublar. Onlar haqqlarının pozulduğunu və bir necə aydır ki, məvacib ala bilmədiklərini bildiriblər.
Aldanan sakinlərin sözlərinə görə, bu fırıldaqçılıq işində Ermnistanın fövqəladə hallar naziri Armen Eritsyanın da adı var. Məlumata görə, inşaatçılar Serj Sarkisyanın iqamətgahı qarşısına əllərində iki siyahı ilə gəliblər. Onlardan biri alına bilinməyən maaşlarla, digəri isə seçkidə hakim Respublikaçılar partiyasını dəstəkləmək üçün haqlarında məlumat toplananlarla bağlı olub. Polis nümayişçilərə prezidentin iqamətgahına yaxınlaşmağa icazə vermədiyi üçün, nümayişçilər aksiyanı iqamətgahın əks tərəfində olan səkidə keçirməli olublar.