“Eurovision-2012″ musiqi yarışması ilə əlaqədar ”Sədərək” və “Binə” ticarət mərkəzləri bağlanacaq. Yarışma ərəfəsində ticarət mərkəzlərinin bütün obyektləri 15 günlük bağlanacaq.
“Modern.az” məlumatın dəqiqliyini öyrənmək üçün ticarət mərkəzlərilə əlaqə saxlayıb. “Sədərək” Ticarət Mərkəzinin Informasiya, reklam və marketinq şöbəsindən məlumatı təsdiqləməsələr də, inkar da etməyiblər. Şöbədən, yarışma ərəfəsində ticarət mərkəzinin bağlanmaq ehtimalının böyük olduğu bildirilib: “Biz də belə bir məlumat eşitmişik. Ticarət mərkəzində bu cür söhbətlər gəzir. Amma konkret olaraq, müdiriyyət tərəfindən hələ dəqiq heç nə deyilməyib. Yəni, mərkəzin mayın hansı müddətində bağlanacağı barədə dəqiq məlumat yoxdur”.
“Binə” Ticarət Mərkəzindən isə bu barədə fikir öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, mayın 22 və 24-də “Bakı Kristal Zal”ında “Eurovision-2012″ mahnı müsabiqəsinin yarımfinalları, mayın 26-da isə final mərhələsi keçiriləcək.
“Sədərək” və “Binə” 15 gün bağlı olacaq
•