Türkiyə dövləti ABŞ-da keçirilən NATO-nun sammitində iştirakına İsrailin iştirakına qadağa qoyduqdan sonra, İsrail mətbuatı məsləyə “itirən İsrail oldu” təhlili verdi.
“Haretz” qəzeti Türkiyənin “Mavi Mərmərə” gəmisinə basqın ilə əlaqədar İsrailə veto qoymasına şərh verib. Qəzet yazır: “İki il əvvəl diplomatlar və analitiklər münasibətlərin pozulmasından ən çox hansı ölkənin itirəcəyini gözləyirdilər. Bugün heç bir şübhə yoxdur ki, bu vacib qarşıdurmadan ən çox itirən İsrail oldu”.
“Haretz” qəzetinin məhşur təhlilçilərindən biri olan Zvi Barelin yazısında Türkiyənin İsrailə NATO vetosunun sonuncu olsa da, ilk qadağa olmadığını diqqətə çatdırıb. “Bu mübarizədən ən çox İsrail itirdi. Türkiyənin iqtisadi vəziyyəti Avropa ölkələrinin ən yaxşıları arasındadır. Türkiyə regional münaqişələri həll etmək üçün bir mərkəz, diplomatik kanal oldu. Yüksək səlahiyyətli Türk rəsmiləri diplomatik səylərlə münasibətlərini bərpa etməyə çalışmalarına baxmayaraq, İsrail Türkiyə qarşısında məğlub olduğunu qəbul etmiş kimi görünür”.
azadliq.info