İki amerikalı xanım ABŞ-ın keçmiş Müdafiə naziri Robert Geytsi və daha dördü yüksək rütbəli hərbçini məhkəməyə veriblər. Qadınlar iddia edir ki, onlar iki hərbi akademiyada hərbçilər tərəfindən zorlanmaya məruz qalıblar. Ancaq Pentaqon rəhbərliyi onların şikayətinə baxmayaraq, heç bir addım atmayıb. Məhkəmə iddiası 20 yaşlı Lia Market, 22 yaşlı Enn Kendzior tərəfindən verilib.
Reuters xəbər verir ki, bu tək hadisə deyil. Ancaq mart ayında 8 qadın zorlama, cinsi xarakterli digər hallarla bağlı ABŞ ordusunu məhkəməyə verib.
azadliq.info