Əli Kərimli və İsa Qəmbər qol saatlarının qiymətini açıqladı
İctimai Palatanın Koordinasiya Şurasının üzvləri, AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər Qərb diplomatları ilə görüşdən sonra açıqlama verərkən ölkə başçısı İlham Əliyevin 800 min manatlıq saat taxdığı haqda xəbər və prezidentin mətbuat xidmətinin bunu təkzib etməsi ilə bağlı suala da cavab veriblər.
Jurnalistlər müxalifət liderlərindən istifadə etdikləri qol saatının qiymətini soruşublar.
İsa Qəmbər bildirib ki, istifadə etdiyi qol saatını 1997-ci ildə Həcc ziyarətinə gedərkən Məkkədə alıb. Saat İsveçrə istehsalıdır. İ.Qəmbər bu saatı təxminən 300 dollara aldığını deyib.
Əli Kərimli isə İsveçrə istehsalı olan Tissot markalı saat taxır. O, saatını jurnalistlərə nümayiş etdirib və bildirib ki, onu bir neçə il əvvəl 300 avroya alıb.
Vidadi