ulduz fali

Günün ulduz falı (24.04.12)

QOÇ
Gücünüzü toplayın. Bu gün çox çalışmalısınız. Maliyyə çətinlikləri də istisna edilmir. Siz reallıqla barışmaqdansa, illüziyalara qapılırsınız. Yaxşı olar ki, bəyənməsəniz də, məsləhətləri sona qədər dinləyəsiniz.
BUĞA
Uğurlu gündür. Marağınız olan işlə məşğul olacaqsınız. Heç kim bu gün sizinlə mübahisə etməyəcək. Çünki hadisələrin inkişafı sizin haqlı olduğunuzu bir daha sübut edəcək. Həyat eşqiniz aşıb-daşır.
ƏKIZLƏR
Başladığınız işləri tamamlamaq üçün əlverişli gündür. Yeni işə başlamağa isə tələsməyin. Çünki yeni layihələr bir o qədər də perspektivli görünmür. Bahalı alış-veriş bu gün üçün arzuedilməz haldır.
XƏRÇƏNG
Xoşagəlməz tendensiyalar  əvvəlki kimi güclüdür. Onlarla mübarizə aparmaq çətin olacaq. Sevindirici hallardan biri budur ki, ən yaxın adamınız sizə mənəvi dayaq olacaq. Əgər bu gün yeni işə girişəcəksinizsə, onda ehtiyatlılığı əldən verməyin.
ŞIR
Gün gözləmədiyiniz sürprizlər gətirəcək. Günün hadisələri xoş və uğurlu istiqamətdə inkişaf edəcək. Bu məqamdan faydalanmağa dəyər. Gün ailə ilə bağlı layihələrin həyata keçirilməsi baxımından da əlverişlidir.
QIZ
Şikayətlənməyə əsasınız azdır. Maraqlı təkliflər alacağınız ehtimal olunur. Ulduzlar rədd cavabı verməyə əsas görmür. Yaşlı qohumla aranızda mübahisə yaşanacağı da istisna edilmir. Narahat olmayın, barışıq münasibətləri bərpa edəcək.
TƏRƏZI
Sənədlərlə işləmək üçün məhsuldar gündür. Düzdür, diqqətinizi toplamaqda çətinlik çəkəcəksiniz. Buna baxmayaraq, işi əlinizə alan kimi, özünüzü məcbur etməyi bacaracaqsınız.
ƏQRƏB
Gündəlik işlər diqqət tələb edəcək. Plan qurmağa zaman qalmayacaq, bunu sabaha təxirə sala bilərsiniz. Rəhbərliklə də aranızda konflikt olacağı bildirilir. Xırda ev işləri üçün münasib gündür.
OXATAN
Hisslərinizi ələ alın. Yaxşı olar ki, bu gün çətin işlərdən yapışmayasınız. Digər tərəfdən, rəğbətiniz olmayan şəxslə işgüzar əlaqədən qaçmaq lazımdır. Gün romantik münasibətlərin inkişafı baxımından əlverişli və xoşdur.
OĞLAQ
Əməkdaşlıq üçün əlverişli gündür. Prioritetinizi düzgün müəyyənləşdirməklə yanaşı, hamı üçün faydalı olan plan hazırlayacaqsınız. Köhnə işgüzar əlaqələrin bərpası üçün də münasib gündür. Bu əlaqələrin hazırda faydası ola bilər.
DOLÇA
Emosional istiqamətdə gün gərgin keçəcək. Siz özünüzü köməksiz hiss edəcəksiniz. Yaxşı olar ki, baş verənləri sakit-sakit incələyəsiniz. Müdrik adamla söhbət düzgün qərar verməyə yardımçı ola bilər. Xoşbəxtlikdən əhatənizdə onların sayı az deyil.
BALIQLAR
Gözlənilməz xəbər sizi təəccübləndirdiyi qədər də qorxudacaq. Köhnə müttəfiqlərinizə şübhə ilə yanaşmağa əsas yoxdur. Dostlarla ünsiyyətdə olmaq üçün münasib gündür. Yorğunluqdan qaçın, yoxsa günün ikinci yarısında durumunuz pisləşə bilər.