Çin və İran ABŞ-ın hədəfində

Pentaqon bu iki ölkəni izləmək üçün yeni kəşfiyyat xidməti yaratdı

İraq və Əfqanıstandakı döyüş bölgələrində qüvvələrini azaltmağı planlaşdıran ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İran və Çini hədəf alacaq yeni kəşfiyyat xidməti yaratdığı haqda xəbərlər yayılıb. “The New York Times” qəzetinin yazdığına görə, yeni kəşfiyyat xidmətinin işində agentlərdən, rəsmi şəxslərdən və texniki vasitələrdən istifadə olunacaq. Qurum yeni ortaya çıxan təhdidləri izləmək üçün Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) ilə yaxından çalışacaq.

“Bizim əhatə dairəmizi genişlədəcək yeni xidmətin işçiləri gizli döyüş bölgəsindən kənarda kəşfiyyat xəbərləri toplamaqla ordu və MKİ arasındakı əməkdaşlığa yardım etmiş olacaq”, – deyə Pentaqon rəsmisi qəzetə bildirib. Yeni kəşfiyyat xidmətinin önümüzdəki illərdə agent sayını artıracağı, yeni təyinatlar olacağı və maliyyə dəstəyi göstəriləcəyinə dair xəbərlər də yayılıb. Yeni kəşfiyyat xidməti gələcək illərdə yüzlərlə casus da yetişdirməyi də planlaşdırır.

azadliq.info