Aktyor tamaşa zamanı özünü asaraq öldü

Braziliyada Tiago Klimeck adlı aktyor San Paulo əyalətində Pasxa bayramı ilə bağlı səhnəyə qoyulan “İsanın əzabı” adlı tamaşada “Yehuda” obrazını canlandırırmış. “Yehuda”nın intihar etdiyi səhnədə səhvən özünü asan aktyor xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Tamaşaçılar aktyorun rolu oynadığını düşünüb və nəticədə talehsiz aktyor 4 dəqiqə boyunca nəfəssiz qalıb.

O, 17 gün komada qaldıqdan sonra dünyasını dəyişib. Həkimlər bazar ertəsi Tiago Klimeckin həyat uğrunda savaşının başa çatdığını və onun meyidinin ekspertizaya göndərildiyini bildiriblər.

Yoldaşları bəxtsiz aktyorun özünü asdığı səhnədə istifadə etdiyi təhlükəsizlik kəmərinin sürüşdüyünü və boynuna dolanaraq nəfəs almasına mane olduğunu düşünürlər (ans press).