İsrail NATO-nun Amerikada keçirilən sammitinə qatıla bilməyəcək.
Türkiyə 20-21 may tarixində Çikaqoda keçiriləcək NATO sammitində İsrailin iştirakına icazə verməyib. Reuters xəbər agentliyi adını açıqlamayan rəsmi şəxs bunun “Mavi Mərmərə” gəmisinə basqınınıa görə İsrailin üzr istəməməsi ilə bağı olduğunu deyib. “Türkiyə hələ də “Mavi Mərmərə” qurbanları üçün rəsmi üzrxahlıq gözləyir”.
İsrail “Aralıq dənizi Diyaloq Qrupu”nun NATO xaricindəki 6 üzvündən biridir. Ancaq Türkiyə bu qrup çərçivəsində təşkil edilən əməliyyatlarda İsrailin iştirakına veto qoyur. Bundan əlavə, Türkiyə Malatya vilayətində yerləşdirilən radarlardan alınan informasiyanı İsrail tərəfi ilə paylaşmağa imkan verməyəcəyini bəyan etmişdi.
azadliq.info