“Euronews” İctaimai Palatanın ötən gün keçirdiyi mitinqdən reportaj yayımlayıb. Reportajda deyilir:“Azərbaycanın paytaxtı Bakıda toplanan minlərlə müxalifət tərəfdarı mitinq təşkil etdi. May ayında keçiriləcək “Eurovision” mahnı yarışmasına ev sahibi edəcək Azərbaycanda müxaliflər, növbədənlənar seçkilər və demokratik islahatlar tələbi qaldırıblar”.
Kanalın reportajında aksiya iştirakçılarının ölkə başçısı İlham Əliyevin istefa tələbini səsləndirməsi də vurğulanıb: Bakıda küçələrə tökülən nümayişçilər İlham Əliyevin istefa verməsini istəyir. Hakimiyyət əleyhdarları tələbləri yerinə yetirilənə qədər mitinqləri davam etdirəcəklərini bildiriblər”.
azadliq.info