Bakıda işsiz qalan iqtisadçı özünü asdı

Ötən gün Bakıda intihar hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Məhəmməd Hadi küçəsi ev 136, mənzil 36 ünvanında kirayədə yaşayan Tovuz rayonunun Qaraxanlı kənd sakini, 1960-cı il təvəllüdlü Maarif Hüseyn oğlu Nəsirov özünü asaraq intihar edib. 52 yaşlı kişi mənzilin ayaqyolundakı çənin borusuna bağladığı sintetik kəndirlə özünü asıb.

Məlumata görə, intihar etmiş şəxs ailəli və iki uşaq atasıdır. Ali təhsilli iqtisadçı olan M.Nəsirov işsiz imiş.

Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.