“Avatar” gerçək olur

Nəsli tükənmək üzrə olan “Navi” adlı xalqın yaşadığı “Pandora” adlı planetdən bəhs edən “Avatar” filmi gerçək olur. Yeri gəlmişkən, “Avatar” 2009-cu ildə istehsal olunub və filmin rejissoru Ceyms Kamerondur.
Kanadalı kinorejissor C.Kameron, “Google”un rəhbəri Erik Şmidt və CEO-su Larri Peyc, bir qrup başqa sərmayəçi əsərin proyekti üçün bir araya gəliblər. Bu üç məşhur ad “Planetary Resources” adlı bir şirkət yaradaraq kosmosda başda mədən olmaq üzrə təbii qaynaqlar axtaracaqlar. Şirkətin rəhbərliyində kimlərin olduğu və əsas məqsədlər barədə məlumatlar aprelin 24-ü tarixində ABŞ-ın Sietl şəhərindəki Təyyarə Muzeyində açıqlanacaq.
Xəbərlərə görə, proyekt çərçivəsində kosmosdan trilyonlarla dollar gəlir əldə edilməsi hədəflənir.