Hollandiyanın ifrat sağ siyasətçisi Qert Vilders yeni çıxan kitabında tez-tələsik İrandan qaçarkən Türkiyəyə girən kimi onun torpağını öpdüyün bildirib. Vilders: “Türkiyəyə çatar-çatmaz Papa kimi əyilib torpağı öpdüm”. Vilders köhnə partiyası Liberalların qrup üzvü kimi bir müddət İranda yaşadığını bildirib. Tehranda İran hökümətinin insan haqları siyasətini tənqid edincə “Diqqətli danış” hədəsi almış, geri qayıdarkən İstanbulda yeri öpüb, şükr edib.
Qert Vilders Hollandiyada İslam əleyhdarı siyasətçi və müsəlmanları təhqir edən “Fitnə” filminin müəllifi kimi tanınır.
azadliq.info