Mitinqdə gənclər əksəriyyət təşkil edəcək

«Hakimiyyət ya siyasi sistemi islah etməli, ya da siyasi arenanı tərk etməlidir»

İsa Qəmbər: «Qərb Əliyevin həqiqi proseslərə deyil, təqlidə üstünlük verən KQB generalının oğlu olduğunu unutmuşdu»

22 aprel mitinqinə çox sayda gənclər gələcək, axı Azərbaycanın inkişaf istiqamətinə məhz o müəyyən edəcək, – deyə obyektiv.tv-yə müsahibəsində Müsavat Partiyasının lideri Isa Qəmbər bildirib. Onun sözlərinə görə, Ictimai Palata cəmiyyətin bütün narazı təbəqələrinin nümayəndələrinə tribuna verməyi qərara alıb. Artıq əmlaklarından qanunsuz olaraq məhrum edilmiş vətəndaşlar birliyinin üzvləri, jurnalistlər, siyasi məhbusların qohumları, Nəqliyyat Nazirliyinin qanuni qazancdan məhrum etdiyi taksiçilərin nümayəndələri çıxış etmək istəklərini bildiriblər.
Ölkədə əhalinin narazılığı gündən-günə artır və buna səbəb vaxtilə nüfuzlu dövlətlərdən kart-blanş almış hakimiyyətin özünə güvənməsidir. Qərb dövlətləri Ilham Əliyevin həqiqi proseslərə deyil, təqlidə üstünlük verən KQB generalının oğlu olduğunu unudaraq, onu islahatçı, siyasi dəyişikliklərin tərəfdarı, demokratikləşmə müdafiəçisi adlandırıblar. Nəticədə, ictimai mühit bataqlığa dönüb və ondan cəmiyyət özü çıxmalıdır.
Ilham Əliyev cəmiyyətinə nifrət edir
Ölkə prezidenti siyasətçi deyil və Ziqmund Freyd üslubunda ifadələrə meyllidir. O, öz cəmiyyətinə nifrət edir, buna görə Nazirlər Kabinetinin geniş iclasında müxalifət haqqında danışarkən onu “mitinq və nümayişlər keçirmək istəyən insanlar üçün ən uyğun yer” adlandırıb. Təqlid Əliyev mahiyyətinin əsas hərəkətverici qüvvəsidir. O, demokratiya haqqında həqiqi şeylər danışır, lakin o yoxdur. KIV üçün reklam bazarının olmaması, Xədicə Ismayılovaya qarşı şantaj, Idrak Abbasovun və Günay Musayevanın döyülməsi, Quba rayon icra başçısının qalmaqallı çıxışını lentə almış regional telekanal rəhbərlərinin həbsi və s. onun söz azadlığı haqqında çılpaq iddialarını təkzib edir. O, şəxsi mülkiyyətə hörmətdən danışır və bu zaman vətəndaşların ən fundamental hüquqlarından biri olan mülkiyyət hüququnu pozur.
Hərənin öz qoçu dəstələri var
Prezident insanlar qarşısında Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış qanuni torpaqlarını qaytarma istəyindən bəhs edir, amma bu da yalandır. Onun nifrət etdiyi AXC dövründə torpaq üçün qan axıdırdılar, Qarabağın üçdə ikisi gənc milli ordu tərəfindən azad edilmişdi, diplomatik səylər isə Rusiya, ABŞ və Türkiyə arasında ermənilərin işğal etdiyi ərazilərin tədricən azad edilməsi haqqında razılığına gətirib çıxarmışdı.
Həmin vaxt Türkiyə danışıqların tamhüquqlu iştirakçısı idi, lakin sonradan ATƏT-in Minsk Qrupuna onun yerinə Fransa daxil oldu və nəticə göz önündədir.
Əvvəllər vətəndaşların şəxsi həyatına hüquq-mühafizə orqanları qarışırdısa və bu, sovet dövrünün irsi kimi qiymətləndirilirdisə, bu gün narazı vətəndaşlarla nazir-oliqarxların özəl hərbi birləşmələri hesablaşır.
Sürücüləri Ziya Məmmədovun, Sulutəpə qəsəbəsindəki evlərin sahiblərini Rövnəq Abdullayevin dəstələri döyür.
Ya islah olmalı, ya siyasi arenanı tərk etməli
Paytaxtın Səbail rayonu, “20-ci sahə” qəsəbəsində keçiriləcək mitinqin iştirakçılarının böyük əksəriyyəti gənclərdir. Onlar kreativ qərarlar, rəngarəng və aktual şüarlarla gələcəklər və hərəkatın ən fəal tərkib hissəsi olacaqlar. Bununla da onlar hələ ki, qayğısız olan həmyaşıdlarına sübut edəcəklər ki, həyat mövqeyi nümayiş etdirmək küçələrdə boş-boş gəzməkdən və televizor qarşısında oturub insanı kütləşdirən verilişləri gözləməkdən daha yaxşıdır. Bu gün dünya dəyişib, avtoritar rejimlər obyektiv səbəblərdən dağılır, buna görə hakimiyyət ya siyasi sistemi islah etməli, ya da siyasi arenanı tərk etməlidir, deyə Isa Qəmbər qeyd edib.