“İranda milyonlarla Azərbaycan türkü öz hüququnun bərpası üçün mübarizəyə başlayıb”
Aprelin 22-də Dünya Azərbaycanlıları Konqresi Ukraynanın Donetsk şəhərindəki “Victoria” mehmanxanasında XII Qurultayını keçirdi. Tədbiri giriş sözü ilə açan DAK-ın Ukrayna nümayəndəlyinin rəhbəri Möhlət Hüseynov qurultayın keçirilməsinə dəstək verdiyinə görə Ukrayna hökumətinə, Donetsk vilayətinin və şəhərinin rəhbərliyinə təşəkkürünü bildirdi. O, çıxışı zamanı qurultayın əhəmiyyətindən də söz açdı.
Sonra qurultayda qonaq qismində çıxış edən Mahmudəli Çöhraqanlı İranda yaşayan türklərin taleyi ilə bağlı mühum məqamlara toxundu: “ İranda milyonlarla Azərbaycan türkü öz hüququnun bərpası üçün mübarizəyə başlayıb. Bizlər 35 milyonuq amma dünya gücləri səsimizi eşitmir, sanki arxamızda heç kim yoxdur. Ancaq bu dünya gücləri kürdlərə öz hüquqlarının bərpası üçün hər cür dəstək verir.
Türkiyənin Milliyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili, tanınmış azərbaycanlı Atilla Kaya xarici güclərin türk dünyasına qarşı başlatdığı kampaniyanın son dövrlər daha da şiddətləndiyini söylədi: “Qurultayın türk dünyası üçün uğurlu olmasını Allahdan arzu edirəm. Mahmudəli Çöhrəqanlı hisslərimizə təsir edən çox gözəl çıxış etdi. Türkiyə 30 ilə yaxındır terrorla qarşı-qarşıyadır. Buna baxmayaraq, Türkiyə bütün bu problemlərin öhdəsindən gələ biləcək və terrorçuların cavabını verə biləcək gücdədir. Mahmudəli Çöhraqanlı Təbrizdə həbsdə olan zaman biz Türkiyədə onun arxasında olduğumuzu bəyan emişdik. Türkiyə parlamentində də Güney Azərbaycandakı türklərin haqlarını gündəmə gətirdik.
Bu gün türk dünyasına baxdığımız zaman ciddi problemlərin olduğunu görürük. 35 milyon insanımız təqib və təzyiq altında yaşayır. Can Azərbaycanın 20 faizi işğal altındadır. Bu məsələləri daima gündəmdə saxlamaq lazımdır”.
İraq Türkmən Cəbhəsinin nümayəndəsi, İraq parlamentinin deputatı və DAK-ın həmin ölkə üzrə təmsilçisi Əkrəm Fevzi çıxışı zamanı ana dilimizin önəmi barədə danışdı. O, qurultayın keçirilməsinə görə Sabir Rüstəmxanlıya, Vaqif Arzumanlı və başqa təşkilatçılara təşəkkürünü bildirib, növbəti, 13-cü qurultayın Kərkükdə keçirilməsini təklif etdi.
Güney Azərbaycan Demokrat Partiyasının sədri Mahmud Bilgin isə çıxşı zamanı Güneydəki türklərin müstəqlilliyinin yaranması üçün uyğun şərait yaradıldığını və bunun bizlər üçün böyük şans olduğunu vurğuladı: “Güney Azərbyacanda müstəqilliyin yaranması azərbayacanlıların problemlərinin böyük hissəsinin həlli deməkdir. Bu gün yüzlərlə qəhrəmanımız canları ilə varlığımızı qorumaqdadır. Bu toplumun vəzifəsi içəridəki haqq səslərinin dünyaya çatdırılmasıdır. Lobbiçilikdə zəifliyimiz var. Bu sahədə çox işlər görülməlidir. Ümid edirəm ki, bundan sonra DAK Güney Azərbaycan hərəkatında önəmli xətti davam etdirərək, daha da gücləndirəcək”.
Güney Azərbaycan İstiqlal Partiyasının sədri Eldar Qaradağlı isə DAK-ın bir millətin çiyni üzərində qurulub fəaliyyət göstərdiyini söylədi: “DAK Azərbaycanın dövlətçiliyinin qurulmasında və dünyada təbliğində böyük rol oynaya bilər. Dövlətimizdən istəklərimiz də var. Onlar bu günə qədər bizə dəstək olmayıblar. İnanıram ki, bundan sonra Azərbaycan Cümhuriyyəti bizim problemlərimizin dünyada təbliğinə dəstək verəcək. Urmiya gölünün quruması qəzsdinə görə İran hökumətinin mövqeyini pisləyəcək”.
DAK həmsədri Sabir Rüstəmxanlı isə hesabat xarakterli çxış etdi. O, bildirdi ki, DAK-ın fəaliyyətində əsas bir neçə istiqamətə üstünlük verilib: “Təşkilatlanma ilə yanaşı, beynəlxalq əlaqələrin genişlənməsinə çalışmışıq. Beynəlxalq əlaqələrdə Güney Azəırbaycan, Qarabağ problemi, erməni soyqırımı məsələsinin əsassız olmasına çalışmışıq və bu yöndə bütün təbliğat maşınımızı işə salmışıq. Tədbirlərimiz və görüşlərimizdə bu məsələlərin təbliğinə üstünlük verilib və bizim bu təbliğatımızın coğrafiyası çox geniş olub. Bu gün dünyada həm Güneydən, həm də Quzeydən olanların sayı çoxdur. Bunların birgə fəaliyyət göstərməsi vacibdir. Artıq, bütöv Azərbaycan məsələləsi Bakıda diqqət mərkəzindədir. DAK həmsədri olaraq çox vaxt Güney Azərbaycanın qeyri-rəsmi səfiri funksiyasını yerinə yetirirəm. Güney Azərbaycandan olan tələbələrin təhsilində güzəştlərin tətbiqi vacibdir. Nazirlərə dəfələrlə parlamentdə söyləmişəm. Bu məsələdə etinasızlıq milli dəyərlərə xəyanətdir. Çalışacağıq ki, bu tələbələrə sahib çıxacaq. 100 ildir İranda farslaşdırma, Ermənsitanda erməniləşdirmə siyasəti eyni metodla həyata keçirilir. Bu iki millət türklərə qarşı siyasətdə ortaq mövqe nümayiş etdirirlər. Avropada türk düşmənçiliyi var və bunu dünyadan gizlətmirlər. Bizim bir-birimizlə düşmənçilyimiz gücümüzü zəiflətməyə xidmət edir. Türkiyə demokratiyasından istifadə edərək ermənilərin bu ölkədəki təbliğat xarakterli terror kampaniyasını davam etdirilər. Bu bölgədə lider dövlət türklərin olub. Bunların ənənəsi var. Yeni dünya üzərində coğrafiyamızın harada olacağı, gələcəkdə bizim milli iradəmizə bağlı olacaq”.
S.Rüstəmxanlı çıxışı zamanı xarici dildə yayımlanan normal televiziyamızın, qəzetimizin olmamasına toxundu, Güney Azərbycanın kölgə kabinetinin yaradılması təklifini irəli sürdü.
Daha sonra çıxış edən Firudin Pərvizniya təşkilatlanmada və fəaliyyətdə iqtisadi imkanların genişləndirilməsində əhəmiyyətin çox böyük olduğunu vurğuladı: “Güney Azərbaycan türkləri istnilən halda haqlarının qorunmasına nail olacaq. Güney Azərbaycan türkləri xarici ölkələrlə yanaşı, dünya türklərindən də istənilən haqqı qazana bilmirlər”.
Ramin DEKO