Vitali Smirnov: «Azərbaycanın heç bir şansı yoxdur»
“Madrid, Istanbul, Tokionun 2020-ci il yay olimpiadasının keçirilməsi üçün verdikləri ərizə daha inandırıcı görünür, nəinki Bakının”. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin icraiyyə komitəsinin üzvü Vitali Smirnov bildirib.
Onun dediyinə görə, Azərbaycan ikinci dəfədir öz namizədliyini irəli sürür. “Amma onlar yaddan çıxarırlar ki, Azrbaycanda bir dənə də olsun iri idman infrastrukturu yoxdur. Bundan başqa, bu ölkə böyük beynəlxalq turnirlər keçirməkdə də təcrübəsizdir. Onlar MDB ölkələrinin dəstəyinə ümid edirlər. Amma onların olimpiadanı qəbul etməsi çox dumanlıdır, şansı yoxdur”- deyə Smirnov bildirib.
Xatırladaq ki, Smirnov BOK-un Rusiyadan olan üzvüdür. Bir qədər əvvəl Moskvada Azərbaycan hökuməti rəsmilərinin ən yüksək səviyyədə qatıldığı olimpiadanın təqdimetmə mərasimindən sonra iqtidaryönlü KIV-lər Azrbaycanın şansının çox yüksək olduğu barədə təbliğata başlamışdılar. Göründüyü kimi, hətta BOK-un rusiyalı nümayəndəsi belə Azərbaycanın 2020-ci il yay olimpiya oyunlarını keçirmək üçün heç bir şansı olmadığını qeyd edir.
Xatırladaq ki, may ayında BOK adıgedən şəhərlərdən son olaraq ikisini seçəcək. Gələn ilin sentyabrında isə Buenos-Ayresdə 2020-ci ldə olimpiadaya sahiblik edəcək şəhərin adı bəlli olacaq.
Informasiya şöbəsi