Barselona Realı çempion kimi təbrik etdi

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Xosep Qvardiola ötən gün komandasının “Nou Kamp” stadionunda “Real”a 1:2 hesabı ilə məğlubiyyətindən sonra rəqibi təbrik edib. ANS PRESS-in məlumatına görə, baş məşqçi “Real”ı vaxtından əvvəl İspaniya çempionluğunu qazanması münasibətilə təbrik edib.

“ “Real”ı təbrik edərəm. Bis fasiləyədək rəqib qapıya yol tapmaq istəyirdik. Bunun əvəzində öz qapımızda qol gördük. İkinci hissədə mən taktikanı dəyişdim. Düşünürəm ki, komandam bu gün yaxşı oyun nümayiş etdirdi. Biz hücumda yaxşı çıxış etsək də Telo və Alveş bəzi səhvlərə yol verirdilər”,- deyə Xosep Qvardiola bildirib.