“Siyasi partiyalar haqqında”, yoxsa “YAP haqqında” qanun

Milli Məclisin növbəti mürtəce qanun layihəsini qəbul etdi

Milli Məclis axşam iclasında “Siyasi partiyalar haqqında” qanuna dəyişiklikləri qəbul edib. Modern.az-ın məlumatına görə, qanun layihəsinə 95 deputat lehinə səs verib. Yalnız 1 nəfəf dəyişikliklərin əleyhinə çıxıb. Müzakiirələri  beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in nümayəndələri izləyib.
Qanuna əsas dəyişikliklər dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsaitin bölüşdürülməsi məsələsində əks olunur.
Qanuna edilən əlavəyə görə, dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.
Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünür.
Qanuna dəyişikliyə görə, siyasi partiyaların bələdiyyə orqanları və onların tabeliyində olan qurumları, xarici dövlətlər və xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, yetkinlik yaşına çatmamış şəxslər, soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyasını və nömrəsini göstərməyən fiziki şəxslər, hərbi hissələr, ictimai birliklər və fondlar, dini qurumlar, hüquqi şəxslər tərəfindən maliyyələşdirilməsi, o cümlədən ianələr qəbul etməsi qadağandır.
Siyasi partiyalar qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları maliyyə hesabatına daxil etməli olacaqlar. Həmçinin, qanuna edilən dəyişilkliyə görə, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə kütləvi informasiya vasitələrində dərc etdirməlidir.
Qanuna olunan əlavəyə görə, siyasi partiya dövlət qeydiyyatına alınan zaman proqramını və sonradan həmin proqrama edilən hər hansı dəyişikliyi müvafiq icra hakimiyyəti orqanına məlumat üçün təqdim edir.
Həmçinin, qeyd olunub ki, siyasi partiyaların ilk təşkilatlarının, komitələrinin və digər təşkilati strukturlarının Azərbaycanın dövlət orqanlarında fəaliyyətinə yol verilmir.
Dəyişiklikdə göstərilir ki, dövlət qeydiyyatına alınmayan siyasi partiya dövlət qeydiyyatına alınmış siyasi partiya kimi çıxış edə və ya fəaliyyət göstərə bilməz.
Həmçinin, qanuna edilən əlavəyə görə, dövlət və yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə yol verilməyəcək.
Qanuna dəyişikliklər siyasi partiyalar qarşısında müəyyən vəzifələr də qoyur. Belə ki, qanunun “Siyasi partiyaların fəaliyyət formaları” maddəsində qeyd olunur ki, partiyalar vətəndaşlar arasında siyasi maarifləndirmə işi aparmalıdır.
Yeni qanun layihəsində göstərilir ki, siyasi partiyanın nizamnaməsini və proqramını qəbul etmiş, yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşları siyasi partiyaya üzv ola bilərlər. Siyasi partiyalar tərəfindən üzvlərinin qeydiyyatı aparılır.
Siyasi partiyanın ali rəhbər orqanı siyasi partiyanın beş ildə bir dəfədən az olmayaraq keçirilən qurultayıdır.