İspaniya La Liqasında 34-cü turun oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.
Yenidən bütüb dünyanın diqqəti Barselonaya yönələcək. Burada iki əzəli rəqib – “Barselona” və “Real” (Madrid) klubları üz-üzə gələcək. Bu görüş eyni zamanda turun mərkəzi qarşılaşması olacaq.
Hazırda “Barselona”nı 4 xal qabaqlayan “Real”ı bu görüşdə heç-heçə də qane edir. Kataloniya təmsilçisi isə bu oyunda qələbə qazanmaqla “Real”la xal fərqini birə endirmək niyyətindədir.
Qeyd edək ki, “Barselona” – “Real” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.