Bakı kəndlərində məmurların villaları olan ərazilər niyə kameralaşdırılır?
Bakı kəndlərində yüksək məmurların villalarının yerləşdiyi ərazilərdə təhlükəsizlik kameraları quraşdırılır. Bu barədə “Azadlıq”a mənbə bildirib ki, bu əməliyyat konkret olaraq villa sahiblərinin sifarişləri əsasında həyata keçirilmir. “Bu ümumi prosesdir. Tapşırıq verilib ki, yüksək rütbəli məmurlara məxsus villaların yerləşdiyi ərazilərin bütün hissəsilərində kamera quraşdırılsın”,-deyə mənbə vurğulayıb.
Mənbənin sözlərinə görə, “kamera əməliyyatı” hakimiyyətin ölkədəki vəziyyətdən narahat olması ilə bağlıdır. Hakimiyyət düşünür ki, sakinlər məmurlardan qisas ala bilər. Bu baxımdan da onların təhlükəsizliyinin qayğısına qalır. Digər tərəfdən bu məmurları nəzarətdə saxlamaq üçündür. “Iqtidar ideoloqları hakimiyyət daxilində ayrı-ayrıq qrupların ölkədə vəziyyəti qarışdıra bilməsi təhlükəsini real sayır. Ona görə də hər birin məmurun nəzarətdə saxlanılması zərurətə çevrilib. Bildiyiniz kimi bütün məxfi söhbətlər də bağ evlərində aparılır. Kameralar isə həmin evlərə kimlərin gəlib-getdiyini öyrənmək üçün gözəl vasitədir”, – deyə mənbə əlavə edib.
İnformasiya şöbəsi