ulduz fali

Günün ulduz falı (21.04.12)

QOÇ
Gün xoş xəbərlərilə sizi sevindirəcək. Çəkdiyiniz zəhmətin bugünkü haqqı olaraq həyatdan istədiyiniz kimi kam ala bilərsiniz. Ehtimal ki, maraqlı romantik görüşünüz olacaq. Bürcün ailəli nümayəndələrinin sevinmək üçün əsası daha çoxdur. Əhvalınız günün sonuna qədər yaxşı olacaq.
BUĞA
Gün xoş sürprizlərilə seçiləcək. Elə bir əhəmiyyət daşımasa da, bu sürprizlər əhvalınızı yüksəldəcək. Istirahət, dostlarla ünsiyyətdə olmaq üçün əlverişli gündür. Gün evdə təmir işlərinin aparılması üçün də münasibdir. Yola çıxmaq üçün uğurlu zaman hesab edilsə də, uzaq səfərə çıxmaq məsləhət deyil.
ƏKIZLƏR
Uğursuz gündür. Gücünüzü toplayıb işə başlaya bilmirsiniz. Ətrafdakılar sizi buna görə qınayacaq. Ən pisi isə budur ki, bu müstəvidə yaxınlarınız da sizi meydanda tək qoyacaq. Evdən bayıra çıxmağınız məsləhət deyil. Ulduzlar, xüsusilə də günün ikinci yarısında ehtiyatlı olmağınızı xəbərdar edir. Bu zamanda zədə almaq ehtimalı təhlükəsi var.
XƏRÇƏNG
Sizi uğurlu gün gözləyir. Gün maraqlı görüşlər və yeni tanışlıq vəd edir. Köhnə dostların gəlişinə şad olacaqsınız. Yeni layihəniz tezliklə gəlir gətirəcək. Günün ikinci yarısı ailə üzvlərilə təmasda olmaq, romantik görüşə çıxmaq üçün əlverişlidir. Yaxşı olar ki, gün boyu tənha qalmayasınız.
ŞIR
Günün hadisələri istədiyiniz istiqamətdə inkişaf etməyəcək. Tələsmək lazımdır, işləriniz çoxdur. Təklikdə işləməkdən xoşunuz gəlməyəcək. Sizi sevməyənlər reputasiyanıza zərbə vuracaqlar. Ehtiyatlılıq nümayiş etdirsəniz bir çox problemlərdən qaça bilərsiniz.   
QIZ
Ilk başlanğıcda çətin olacaq, amma günün ikinci yarısında neqativ tendensiyalar azalacaq. Məsuliyyət tələb edən vacib işlərə girişməyə tələsməyin. Yaxşı olar ki, belə işləri axşama, ən yaxşı halda isə sabaha saxlayasınız. Ehtimal ki, gözləmədiyiniz, həmçinin xoşlanmadığınız adam qonaq gələcək. Dərman qəbul edərkən ehtiyatlı olun.
TƏRƏZI
Dostluq və ya romantik görüşlər yaxşı keçəcək. Yaxınlarınız sizi sevindirmək üçün bəhanə tapacaqlar. Ehtimal ki, uzaqdan xoş xəbər eşidəcəksiniz. Çətin işləri tək icra etməyin. Sakit məşğuliyyət üçün günün ikinci yarısı münasibdir. Səsli-küylü məclisləri ziyarət etmək məsləhət deyil.
ƏQRƏB
Sakit gündür. Gün hadisələrlə zəngin olmayacaq. Siz sakit arzularınızın reallaşacağı günü gözləyirsiniz. Onların gerçəkləşməsinə heç şübhəniz yoxdur. Maraqlı və faydalı informasiya alacaqsınız. Yaxşı olar ki, günün əsas hissəsini təmiz havada keçirəsiniz. Bunun faydasını görəcəksiniz.
OXATAN
Məhsuldar gündür. Ehtimal ki, gözlənilməz təsadüf baş verəcək və siz bundan faydalanacaqsınız. Yaxınlarla ünsiyyətdə olmaq baxımından əlverişli gündür. Sizi sevənlər sizi bir kəlmənizdən başa düşəcəklər. Məsum uşaqlarla gün keçirmək əhvalınıza xoş təsir edəcək.
OĞLAQ
Çox işin yükü altına girməyin. Bu gün yaxşı olar ki, istirahət edəsiniz. Dostlarla görüş təyin edə bilərsiniz. Tənha qalmayın. Məqsədə birbaşa çatmaq mümkün olmasa da siz inadkarlıq göstərin. Geriyə çəkilməyə tələsməyin. Günün maliyyə mənzərəsi yaxşı olacaq.
DOLÇA
Təhsil almaq baxımından əla gündür. Əhatənizdə olanları diqqətlə dinləyin. Gözlənilməz mənbədən qiymətli informasiya toplaya bilərsiniz. Hətta ürəyinizcə olmayan məsləhətlərə də diqqət yetirin ki, səhvə yol verməyəsiniz. Ulduzlar özünüzə qırmızı rəngdə əşya almağı tövsiyə edir. Bu, sizin talismanınız ola bilər.
BALIQLAR
Gün daha çox xoşagəlməz anlar yaşadacaq. Yaşlı qohumlardan birilə aranızda münaqişə yaşanacağı təhlükəsi var. Maddi çətinliklər də istisna deyil. Ən yaxın adamınız sizə mənəvi arxa durmaq üçün təsəlliverici ifadələr işlədəcək. Romantik müstəvidə yeni macəra sizi gözləyir.