Elnur Astanbəylidən ilk kitab

“Azadlıq” qəzetinin köşə yazarı Elnur Astanbəylinin şeirlər kitabı dərc olunub. Şeirlər kitabında Elnur Astanbəylinin yaradıcılığının ilk illərinə aid xalq və sonrakı illərinə aid modern şeirləri toplanıb. Kitabın redaktoru Şahvələd Çobanoğludur.
Kitab Azərbaycanda demokratiya uğrunda mübarizə aparan cəsur və ləyaqətli insanlara həsr olunub. Müəllif kitaba Mirzə Cəlilin “Qələmini qır, amma sındırma” sözlərini epiqraf seçib. Kitab müəllifin ilk kitabıdır. Qiyməti 4 AZN olan kitabı Bakıdakı “Akademkitab” və “Əli və Nino” kitab dükanlarından almaq olar. Bu gün saat 14.00-da Fuad Ibrahimbəyov 12 (“Nizami” metrosundan 5 dəqiqəlik məsafədə. Tanımayanları 1:30-da “Nizami” metrosu önündə qarşılancaq) ünvanında yazarın kitabının təqdimatı keçiriləcək. Arzulayanlar iştirak edə bilər.