Bakıda dəhşətli qəza: ölən və yaralananlar var

Bu gün Bakının Nərimanov rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, “Gənclik” metrostansiyası yaxınlığında, Əhmədbəy Ağaoğlu küçəsində “Hyundai” və “Mercedes” markalı iki avtomobil toqquşub. Nəticədə 3 nəfər ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına aparılıb. Yaralılardan 21 yaşlı oğlan yolda ölüb.

Hadisə şahidlərinin bildirdiyinə görə, “Hyundai” markalı avtomaşında olan körpə uşaq da ölüb.

Faktla əlaqədar araşdırmalar başlanılıb.