“Oyun oynayaraq qətlə hazırlaşırdım”

Keçən il Norveçdə 77 nəfəri öldürmüş Anders Breyvik məhkəmə prossesində bildirib ki, hücuma kompyuter oyunları oynayaraq hazırlaşırmış. Kütləvi qətli törədən Breyvik sağ qalmağı düşünməyib. Hakimə ifadə verən qatil kütləvi qətlin panını hələ bir neçə il əvvəl hazırladığını deyib. Oslada törətdiyi partlayışlardan sonra polisin müqavimət göstərəcəyini düşünən Breyvik, sağ qalma şansını 5% dəyərləndirirmiş.

İslam əleyhinə siyasi görüşlərə malik Anderd Breyvik keçən iyul ayında 77 adam öldürmüşdü. 8 adam onun paytaxt Osloda törətdiyi partlayış zamanı, 69 nəfər isə Norveç Fəhlə Partiyasının təşkil etdiyi gənclər düşərgəsində qətlə yetirilmişdi. Ona qarşı irəli sürülən terrorizm ittihamını qəbul etməyib.

azadliq.info