Əliyev icra başçıları ilə məxfi müşavirə keçirib

aliyev ilhamÖlkə başçısı rayon rəhbərlərinə hansı tapşırıqları verib?

Ilham Əliyev Nazirlər Kabinetindən keçirdiyi iclasdan sonra icra başçılarının əksəriyyətilə iqamətgahında müşavirə keçirib. “Azadlıq”a daxili olan məlumatlara görə, müşavirədə rayonlardakı vəziyyət müzakirə edilib. Ilham Əliyev narahatlıqla icra başçılarının diqqətinə çatdırıb ki, ölkədə vəziyyət yaxşı deyil, narazıların sayı günü-gündən artır, xüsusilə bölgələr sosial partlayış təhlükəsilə üz-üzədir.
Ilham Əliyev ölkə başçılarına gərginliyi müəyyən qədər azaltmaq üçün hərəkətə keçməyi tapşırıb. Onun göstərişinə əsasən icra başçıları hər gün bir kənddə olmalı və sakinlərin problemləri ilə maraqlanmalıdırlar. Mümkün qədər kənd ağsaqallarını ələ almalı, narazıları müxtəlif vasitələrlə neytrallaşdırmalıdırlar. Ilham Əliyev bildirib ki, əks halda ölkə qarışa bilər.
Göründüyü kimi artıq Ilham Əliyev də xalqın mövcud hakimiyyətdən narazılıq etməsinin fərqindədir. Və bu narazılıqları ənənəvi üsulla – yalançı vədlər, kimlərisə ələ almaqla yatırmaq istəyir. Lakin artıq bu üsul effektini itirib. Əhali YAP hakimiyyətinin yalanlarına, şirin vədlərinə inanmaq istəmir. Ona görə də Ilham Əliyevin icra başçıları ilə müşavirəsi hakimiyyət üçün müsbət nəticə verməyəcəyini bəribaşdan söyləmək mümkündür.

Informasiya şöbəsi