QOÇ
Əlinizə götürdüyünüz istənilən iş uğurlu alınacaq. Inadkarlığınız mötəbər şəxslərdə sizə qarşı rəğbət oyadacaq. Ehtimal ki, işgüzar təklif alacaqsınız. Bir sözlə, bu gün hamı sizi bəyənəcək.
BUĞA
Gündəlik işlərin görülməsi baxımından əlverişli zamandır. Yaxşı ideyalarla qürrələnməsəniz də onlarsız keçinə biləcəksiniz. Gün daha çox rəhbər “Buğa”lar üçün uğurlu olacaq. Istər işgüzar, istərsə də şəxsi görüşlərinizi günün ikinci yarısına təyin edin. Bu zaman kəsiyində qarşı tərəflə daha yaxşı anlaşa biləcəksiniz.
ƏKIZLƏR
Problemlər çoxdur, hamısının öhdəsindən təklikdə gəlmək mümkün deyil. Ehtimal ki, işdə ciddi konflikt baş verəcək. Elə evdə də vəziyyətin ürəkaçan olmayacağı bildirilir. Çoxsaylı xırda mübahisələr qanınızı qaraltmaya bilməz.
XƏRÇƏNG
Planlara görə hərəkət edə bilərsiniz, bu yolda kimsə sizə mane olmayacaq. Vacib işləri kimlərəsə etibar etməyin, çünki onların öhdəsindən siz daha yaxşı gələcəksiniz. Alış-veriş üçün də əlverişli gündür, bu istiqamətdə seçiminiz doğru olacaq.
ŞIR
Uğursuz gündür. Gücünüzü toplayaraq problemləri həll etməyə çalışırsınız, amma onların sayı getdikcə daha da artır. Yaxınlarla və həmkarlarla aranızda fikir ayrılığı olacaq. Bu gün alış-verişə çıxmağınız məsləhət deyil. Riskli oyunlar oynamayın, ehtiyatlı olun.
QIZ
Sizin üçün çətin olacaq. Təxribata uymayın. Diqqətli olun ki, rəğbətiniz olmayan adamlardan uzaq dura biləsiniz. Gün ev işləri görmək, mebel almaq üçün əlverişlidir. Sizin üçün eviniz ən rahat ocaq olacaq.
TƏRƏZI
Əhatənizdə olanları nəzərdən keçirin. Daxili səsiniz sizi aldada bilər, nəticədə sizdə kimlərəsə qarşı həsəd və kin hissləri baş qaldıracaq. Planlaşdırılmamış alış-veriş etməyin. Bir sözlə, pulla ehtiyalı davranın. Dostlarla ünsiyyətdə olarkən artıq suallar verməyin. Sizin bugünkü marağınızı başqaları işə müdaxilə kimi dəyərləndirəcəklər.
ƏQRƏB
Yeni işlərdə əla nəticələr əldə edəcəksiniz. Gün istənilən yaradıcılıq üçün əlverişlidir. Qarşınıza qoyulan tapşırıqlara yaradıcı yanaşmağınız rəhbərliyin gözündən yayınmayacaq. Amma əmək haqqının artırılması üçün danışıqlar aparmaq baxımından gün məhsuldar deyil.
OXATAN
Bu gün baş verən olaylardan faydalanacaqsınız. Bu baxımdan gün məhsuldardır. Asanlıqla xeyir tapacaqsınız. Öz işlərinizlə yanaşı başqalarının da problemlərini yoluna qoyacaqsınız. Gün dostlarla təmasda olmaq üçün əlverişlidir.
OĞLAQ
Unutmağa çalışdığınız problemləri həll etməli olacaqsınız. Əgər bu məsələlərə nöqtə qoymasanız, gün-gündən işiniz ağırlaşacaq. Bir sözlə, bu gün işləməlisiniz. Yadda saxlayın ki, bunu etməyə dəyər. Kömək üçün yaxınlarınıza müraciət edin, çünki onlar rədd cavabı verməyəcək.
DOLÇA
Qarşınıza qoyduğunuz məqsədə çatmaq şansınız var. Yeni işlərə başlaya bilərsiniz, ancaq bu işdə ehtiyatlılıq tələb olunur. Xüsusilə də maliyyə işlərində ehtiyatlı olmağınız məsləhətdir. Fəal istirahət, idmanla, rəqslə məşğul olmaq üçün məhsuldar gündür.
BALIQLAR
Kifayət qədər çətin gündür. Sizi çaşdıran suallara cavab tapa bilmirsiniz və bu suallar qarşısında özünüzə inamınız da azalır. Azacıq da olsa asılı olduğunuz adamlarla dil tapmaqda çətinliyiniz olacaq. Evdə də yaxınların sizi anlamamasıyla qarşılaşacaqsınız. Ciddi münaqişə istisna edilmir.

Günün ulduz falı (20.04.12)
•