Çətənə toxumlarından hazırlanan araq ABŞ-ın 18 ştatında satışa çıxarılıb. Bu haqda “Guardian” yazır. “Əraf” (cənnətlə cəhənnəm arasındakı yer) adlanan vodka Alyaska ştatında distilə edilir. “Əraf”ın dadı adi vodkadan fərqlənir. Çətənə arağının zərif aromatı kremi xatırladan yumşaq dadı var.
Yeni araq ölkədə marixuana istifadə edilənləri reklam hədəfi seçərək, ilin dördüncü ayının 20-si tarixində bazara çıxarılıb. Amerikada 420 rəqəmi marixuana istifadəçiləri üçün şifrə rolunu oynayır. Belə ki, çətənə çəkməyi sevənlər bu işi adətən yerli vaxtla 4:20 radələrində edirlər.
azadliq.info