“İslam Almaniyaya aid deyil”

Almaniyada müsəlman icmalarının problemlərinin müzakirə edildiyi dördüncü İslam Konfransı bugün başlayıb. Konfransdan əvvəl Almaniyanın iqtidar partiyası nümayəndəsi “İslam Almaniyaya aid deyil” – deyə bir açıqlama verib. Konfrans başlamazdan əvvəl Xristian Demokrat İttifaqı partiyasının katibi Volker Kauder “İslam Almaniyada adət-ənənələrimizin və milli kimliyimizin bir hissəsi deyil. Bu səbəbdən İslam Almaniyaya aid deyil” – deyib. Daha öncə istefaya gedən Almaniya prezidenti Kristian Vulf bənzər açıqlama vermişdi.
Almaniyada ayrı-seçkilik yaradan digər məsələ isə radikal islamçı qrup kimi tanınan sələfilərin 25 milyon pulsuz Quran kitabı paylama kampaniyasıdır.
Almaniya 2006-cı ildən başlayaraq İslam Konfransı tədbiri keçirir. Tədbirə bu ölkədə yaşayan müsəlman icmaları və təşkilatları dəvət edilərək, onların problemləri müzakirə olunur.

azadliq.info