idrak

“Şpigel” Sulutəpədəki vəhşilikdən yazdı

idrak Almaniyanın nüfuzlu “Şpigel” jurnalı bugün Sulutəpə qəsəbəsində, vətəndaşların evləri sökülərkən hadisə yerində olan və ARDNŞ-in mühafizəçiləri tərəfindən döyülən jurnalist İdrak Abbasov vəziyyətinə reaksiya verib.

“Hüquq müdafiəçiləri jurnalistlərə, ev sahiblərinə və müxalifətə qarşı hücumların getdikcə şiddətləndiyini bildirirlər. Amma Əliyev rejimi cəzasız qalmaqda davam edir.” Bakıda zorla köçürülməni qeydə almaq istəyərkən jurnalist yaralanıb.

Şpigel yazır ki, İlham Əliyevin jurnalistlərə hədələyici çıxışından sonra daha bir jurnalistə ciddi xəsarət yetirildi. “Abbasov qəddar şəkildə təpiklənib” Reportyorlarını Azadlığı və Təhlükəsizliyi Təşkilatının (RATİ) direktoru Emin Hüseynov belə deyir. Məqalədə ARDNŞ-in işçilərinin zorakılığına da geniş şərh verilib.

azadlıq.info