QOÇ
Siz dəyişikliyə can atırsınız. Amma əhəmiyyətli bir dəyişiklik baş vermir. Əslində bunun üçün münasib zaman da deyil. Evdə və işdə mübahisələrin baş verəcəyi gözlənilir. Axşam saatları köhnə dostlarla əlaqə yaratmaq üçün əlverişlidir.
BUĞA
Uğursuz gündür. Bütün istiqamətlərdə istədiyinizi ala bilməyəcəksiniz. Bu gün şəxsi problemlərlə məşğul olmaqla yanaşı özgələrinin dərdilə də maraqlanacaqsınız. Bir zamanlar kömək edəcəyini deyənlər vədlərinə xilaf çıxacaq. Yadda saxlayın, stress doğuran situasiya səhhətinizə mənfi təsir göstərir.
ƏKIZLƏR
Böyük miqyaslı işlər üçün münasib gün deyil. Məqsədə doğru nə qədər ləng hərəkət etsəniz, bir o qədər ona çatmaq ehtimalı böyükdür. Ehtimal ki, maliyyə itkisi də olacaq. Bu səbəbdən bu gün sövdələşmələrə imza atmayın. Onlar sizin düşündüyünüz qədər gəlirli olmayacaq.
XƏRÇƏNG
Xoş gündür. Qarşınızda sərhədsiz imkanlar açılacaq. Onlardan istifadə etmək istəsəniz, heç bir çətinliyiniz olmayacaq. Təkliflərinizi səsləndirərkən cəsarətli olun, çünki hamı onu əla qarşılayacaq. Ən yaxın adamınızla aranızdakı ünsiyyət sevinc dəqiqələri bəxş edəcək.
ŞIR
Ehtiyatlı olun. Bu gün buraxdığınız səhvlər başınıza çox qaxılacaq. Gələcək karyera baxımından asılı olduğunuz şəxslər sizi izləyəcək. Yaxşı olar ki, özünüz haqda xoş təəssüratlar yaratmağa çalışasınız. Yaxınlarla dil tapmaq çətin olacaq. Sevgiliniz sizdən hazır olmadığınız addımı atmağı gözləyir.
QIZ
Artıq xərclərdən uzaq durun. Rəhbər “Qız”ların bu gün daha çox uğur qazanacaqları bildirilir. Ehtimal ki, maraqlı iş təklifləri alacaqsınız. Daxili səsinizin diqtə etdiyi kimi təklifləri dəyərləndirin. Günün ikinci yarısı istər şəxsi, istərsə də işgüzar görüş və ünsiyyət baxımından əlverişli zamandır.
TƏRƏZI
Şərait dəyişkənliyi yerindəcə düzgün qərar verməyinizi tələb edəcək. Bu səbəbdən də diqqətli olun ki, yanlışlığa yol verməyəsiniz. Ailə tədbirlərinin keçirilməsi üçün münasib gündür. Qohumlarla münasibətləri düzəltməklə küskünlüyə son qoyacaqsınız.
ƏQRƏB
Istənilən başlanğıc üçün münasib gündür. Nə qədər cəsarətli addım atsanız bir o qədər də dolğun nəticə götürəcəksiniz. Iş yerini dəyişdirmək üçün danışıqlara getmək olar. Eyni zamanda gün məzuniyyət və ya işgüzar səfərlər baxımından da uğurludur.
OXATAN
Dalbadal olacaq 3 uğurlu günlərdən birincisidir. Yaradıcı və enerjilisiniz. Şans qazanmaq ehtimalı böyükdür. Çətin işlərin öhdəsindən məharətlə gələcəksiniz. Gəlirinizin olacağı da istisna deyil. Gün romantik görüş üçün də əlverişlidir.
OĞLAQ
Taleyinizlə oynamayın. Nə qədər təmkinli olsanız bir o qədər də faydasını görərsiniz. Planlaşdırılmamış alış-verişə yaxın durmayın. Səfərlər fikirləşdiyinizdən də artıq zamanınızı alacaq. Nəticədə istədiyinizi ala bilməyəcəksiniz. Işgüzar danışıqlar uğurlu şəkildə getməyəcək.
DOLÇA
Hazır olun – gün çətin olacaq. Heç nə plan üzrə getməyəcək. Xoşagəlməz şəraitdən qaçmaq üçün yollar arayacaqsınız. Professional reputasiya istiqamətində asılı olduğunuz adamla aranızda mübahisə yaşanacaq. Yaxşı olar ki, səhvlərinizi etiraf edərək onları düzəldəsiniz.
BALIQLAR
Siz özünüzə güvənməsəniz də bəxtiniz gətirəcək. Bu gün çəkdiyiniz zəhmət hədər getməyəcək. Zəhmət haqqınız sizi çox gözlətməyəcək. Həmkarlarınızın hörmətini qazanacaqsınız, rəhbərlik isə sizə mütəxəssis gözü ilə baxacaq.

Günün ulduz falı (19.04.12)
•