Füzuli Ələkbərovun daha bir işçisi həbs edildi

Şəmkir rayon Tibbi Sosial Ekspert Komissiyasının sədri tutuldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları rüşvət almaqda ittiham edilərək həbs ediliblər. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsi Şəmkir rayon 29 saylı Tibbi Sosial Ekspert Komisiyasının sədri Ələsgər Məmmədovu rayon sakinindən rüşvət alarkən saxlayıb. Əməliyyat sakinlərdən birinin “qaynar xətt”ə etdiyi müraciət əsasında keçirilib. Həmin sakin bildirib ki, Ələsgər Məmmədov 2-ci qrup əlillik dərəcəsinin verilməsi üçün ondan 25000 manat məbləğində rüşvət tələb edir.
Ələsgər Məımmədova Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə ittiham elan olunub və barəsində Şəmkir rayon məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Və Gəncədəki 2 saylı Istintaq Təciridxanasına göndərilib.

Ərşad