Naxçıvan Ali Məhkəməsində Ilqar Mirzəyevin sədrliyi ilə yerli müxalifət fəalı Zeynal Bağırzadənin apellyasiya şikayətinə baxılıb. O, ötən ilin sonlarında həbs edilib və martın 2-də Naxçıvan Ağır Cinayətlərə dair Işlər üzrə Məhkəmə tərəfindən fırıldaqçılıq ittihamı ilə 7,5 il həbs cəzasına məhkum edilib.
Xüsusən, Bağırzadə Çernobıl AES-də qəzanın aradan qaldırılmasının iştirakçısı vəsiqəsini saxtalaşdırmaqda ittiham olunur. Apellyasiya Məhkəməsinə baxılması zamanı müdafiə tərəfi hökmün ləğvini və Bağırzadənin təqsirsiz olması barədə bəraət hökmü çıxarılmasını tələb edib, deyə vəkil Əsabəli Mustafayev bildirib. Lakin dövlət ittihamçısı buna qarşı çıxıb. Hakim növbəti iclası mayın 1-nə təyin edib. Vəkilin sözlərinə görə, Bağırzadənin sol tərəfi iflicdir və həbsxana şəraitində səmərəli müalicə mümkün deyil.