Siyəzəndə dövlət bayrağını külək aparıb

Yeni bayraq isə hələ də tapılmır

Beş gün bundan əvvəl əsən güclü külək Siyəzəndə dövlət bayrağını aparıb. Bunu bizə rayondakı mənbə bildirib. Mənbə boş qalmış bayraq dirəyinin şəklini də göndərib.
Onun dediyinə görə, rayon mərkəzində yerləşən bayraq meydanı elə bir yerdədir ki, hər yerdən görünür. “Bundan başqa, meydan Bakı-Rostov yolunun yaxınlığındadır. Düz beş gündür ki, boş bayraq dirəyinə bayraq tapılmır. Dünən də (srağagün) xəbər yayıldı ki, yeni bayraq sifariş verilib, bayraq hazırlanıb, amma onun pulunu verib Siyəzənə gətirən yoxdur” deyə mənbə bildirir.
Mənbə onu da deyir ki, dirəyə nə vaxt bayraq keçiriləcəyini heç kim bilmir.

Informasiya şöbəsi