misir inq

Misirdə seçkidir, namizəd tapılmır

misir inq Misirdə “Müsəlman qardaşları” prezident seçkisinə yeni namizəd təklif ediblər. Yeni namizədin adı Məhəmməd Morsidir. Bu şəxs digər namizədlərlə müqayisədə elə də xarizmatik şəxs sayılmır. “Müsəlman qardaşlar”ın irəli sürdüyü bir əvvəlki namizəd Hayrat əş-Şaterin namizədliyi qeydə alınmayıb. Namizədliyin qeydə alınmamasına səbəb Şaterin üzərində olan məhkumluq göstərilir.

Mübarəkin Kəşfiyyat rəisi və sabiq vitse-prezident Ömər Süleymanın namizədliyi isə yetərincə imza toplanmamasına görə qeydə alınmayıb. Parlament qəbul etdiyi qanunla onun qeydiyyatına qadağa da qoyub.

Ölkədə üçüncü qüvvə olan radikal islamçı sələfilərin namizədi Xazim Səlah Əbu İsmail isə ikili vətəndaşlığa görə qeydə alınmayıb. Belə ki, o, həm də Amerika pasportuna sahibdir.

Seçki marafonunun favoriti Mübarək dövründə Xarici İşlər Naziri işləmiş Əmr Musa sayılır. O, Mübarəkin məmuru olsa da, parlamentin qəbul etdiyi qadağa hələ ki, ona qarşı tətbiq edilməyib.

azadliq.info