“Çelsi”, yoxsa “Barselona”?

Bu gün Çempionlar Liqasında (ÇL) ilk yarımfinal oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, İspaniyanın digər nəhəng komandası “Barselona” da əzəli rəqibi “Real”ın ardınca səfər oyununa çıxacaq. ÇL-nin son qalibi ona turnirdən çox yaxşı tanış olan “Çelsi”ni növbəti dəfə sınağa çəkəcək.

Turnirin cari mövsümündə məğlubedilməz olan “Barsa” bu uğurlu seriyasını davam etdirməyə çalışacaq. Komanda buna nail olarsa, finala bir addım da yaxınlaşacaq. Hər halda, ispanlar evdə rəqiblərinə aman vermədiyindən, nadir hallarda uduzduğundan, London təmsilçisi evdə mütləq qalib gəlib, üstünlük qazanmalıdır. “Çelsi” uduzarsa, final arzusunun üstündən xətt çəkə bilər.

18 aprel
23:45. “Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya)